Prof. Dr. Nəsib Quliyev
K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Baku, Azərbaycan
Nəsib Quliyev — Tibb elmləri doktoru, professor. K.Fəracova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, 2007-ci ildən Türk Dünyası Pediatriya Birliyinin prezidenti.1994-cü ildən hal-hazıra qədər Səhiyyə Nazirliyi K.Fəracova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktor vəzifəsində işləyir. Səhiyyə Nazirliyinin Pediatriya üzrə baş mütəxəssisidir. 2000-ci ildən əməkdar elm xadimidir. 2007-ci ildə Türk Dünyası Pediatriya Birliyinin prezidenti seçilib. Nəsib Quliyev 150-dən artıq elmi əsərin müəllifidir. Onun rəhbərliyi ilə 5 nəfər elmlər namizədi və 1 nəfər elmlər doktoru müdafiə etmişdir.